Hərbi çevrilişlə devrilən diktator öldü
2017-ci ildə hərbi çevrilişlə devrilən Zimbabve prezidenti Robert Muqabe vəfat edib.
6 Sentyabr 2019 11:43 Dünya2017-ci ildə hərbi çevrilişlə devrilən Zimbabve prezidenti Robert Muqabe vəfat edib.
Olaylar.az xəbər verir ki, 95 yaşlı Muqabenin vəfat xəbərini ailəsi təsdiq edib.
30 il Zimbabveni idarə edən Muqabenin səhəttində ciddi problemlər olduğu və onun Sinqapurda vəfat etdiyi bəlli olub.
Zimbabave dövlət başçısı Emmerson da sabiq prezidentin öldüyünü elan edib. Emmerson tvitter hesabında "Zimbabvenin qurucusu və sabiq dövlət başçısı Muqabenin ölüm xəbərini üzüntü ilə qarşılayırıq" ifadəsini işlədib.
Hələ bir müddət əvvəl yerli media Muqabenin müalicə üçün Sinqapura gedib-gəldiyini yazırdı.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31