Səudiyyə koalisiyasının Yəmən həbsxanasına hücumda 156 nəfər ölüb
6 Sentyabr 2019 09:22 DünyaSəudiyyə Ərəbistan koalisiyasının Yəməndəki həbsxanaya endirilən hava zərbələri nəticəsində 156 nəfər həlak olub.Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı bildirib.Məlumata əsasən, daha 50 nəfər xəsarət alıb.
Qeyd edək ki, bazar günü səhər "Al Arabiya" telekanalı pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və "Ənsar Allah" (husilər) hərakatının raket silahlarının saxlanıldığı Damar əyalətindəki anbara hava hücumu təşkil etdiyini bildirib. Deyilib ki, cəmi altı zərbə endirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31