Yeni baş nazirə ŞOK ZƏRBƏ - Ailəsinin kommunal xidmət borcları üzə çıxdı

Ukraynanın yeni baş naziri Aleksey Qonçaruk haqda şok faktlar ortaya çıxıb.

RİA  xəbər verir ki, Qonçaruk ailəsinin küllü miqdarda kommunal xidmət(qaz,işıq,su)borcları olduğu aşkarlanıb. 

Bu haqda "Yeniliklər.İnfo" agentliyi məlumat yayıb. Məlumata görə, baş nazirin ailəsi kommunal xidmət borclarına görə mütəmadi olaraq Çerniqov rayonunun təsərrüfat şirkətləri tərəfindən məhkəməyə verilib. Borcların ümumi məbləğinin 830 dollar həcmində olduğu qeyd olunur.

Məsələ mediada yayıldıqdan sonra baş nazir Qonçaruk açıqlama verib.

"Artıq 19 ildir ki, Çerniqovda yaşamıram. Qardaşımla əlaqə saxlayıb borcların ödənməsini tələb edəcəm"- deyə baş nazir qeyd edib.Redaktor.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31