Binanın damında narkotik əkildiyini canlı yayımda bildilər - VİDEO

Binanın damında narkotik əkildiyini canlı yayımda bildilər - VİDEO

İspaniyanın Kataloniya şəhərində keçirilən velosiped yarışında televiziyadan hər kəsi şoka salan görüntülər yayımlanıb.

Olaylar.az  xəbər verir ki, yarışı canlı yayımlayan kanala aid helikopterdə olan kamera ərzidəki binalardan verdiyi görüntüdə binanın başında narkotik əkildiyini əks etdirən kadrlar yayımlanıb.

Televiziya izləyiciləri həmin kadrları gördükdən sonra dərhal polisə müraciət ediblər.

İzləyicilərin şikayəti əsasında binaya basqın edən polis, həmin evdə 15 narkotik tərkibli bitki aşkar edib.

Ancaq mənzildə heç kimin yaşamadığını görüblər.

Daha sonra məlum olub ki, vətəndaşların hadisə barədə polisə xəbər verməsindən sonra binada yaşayanlar mənzili tərk ediblər.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31