Şeymanı prokurorluğa verdilər

Şeymanı prokurorluğa verdilər

Acun Ilıcalının eks-həyat yoldaşı Şeyma Subaşıdan prokurorluğa şikayət ünvanlanıb.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun "Sadece Şeyma" kitabında yer alan cümlələrdir.

Belə ki, oxuculardan biri "Kitabda gözəllik və cild baxımı üçün yanlış məhsullar məsləhət görülür" deyə, Şeymadan şikayət yazıb.

O, prokorurluğa gələrək, ifadə verib. Ş.Subaşı bildirib ki, orada yazılan sözlər yayım evinin səhvidir. Qəsdən heç bir cümlə yazılmayıb.

Qeyd edək ki, Ş.Subaşının qalmaqallı kitabı 40 mindən çox satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31