Maykl Cekson və Beyonsun hitlərinin müəllifi faciəvi şəkildə öldü
Maykl Cekson və Beyonsun hitlərinin müəllifi faciəvi şəkildə öldü
5 Sentyabr 2019 15:38 DünyaMusiqiçi və bir çox hitlərin müəllifi LaŞon Deniels avtomobil qəzasında həyatını itirib.
Bu barədə onun xanımı Eypril "Instagram"da yazıb.
Qəza Cənubi Karolina ştatında baş verib. Hadisənin təfərrüatı açıqlanmır.
LaŞon Denielsin 41 yaşı olub. O, Maykl Cekson ("You Rock My World"), Uitni Hyuston ("Itchr("39")s Not Right But Itchr("39")s Okay"), Beyons və Ledi Qaqa ("Telephone") kimi müğənnilərin mahnılarının müəllifidir.
Deniels "Destinychr("39")s Child" qrupu ilə əməkdaşlıq edib. 2001-ci ildə bu qrupun "Say My Name" hitinə görə müəllif "Qremmi" musiqi mükafatına layiq görülüb.
"Oxu.az"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31