ABŞ-da kütləvi qatillərə ölüm hökmü oxunacaq

ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsi hazırlayıb.TASS xəbər verir ki, bu haqda ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mark Şort bildirib."Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsi hazırlayıb. Vitse-prezidentin komandası baş prokuror Uilyam Barr ilə bununla bağlı iş görür", - deyə, o, bildirib.O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31