2 uşaq atası bacısının 16 yaşlı sinif yoldaşını ZORLADI - Qışqırmaması üçün... - FOTO

2 uşaq atası bacısının 16 yaşlı sinif yoldaşını ZORLADI - Qışqırmaması üçün... - FOTO

Uelsdə bacısının rəfiqəsini zorlayarkən qışqırmaması üçün ölümlə təhdid edən şübhəliyə verilən cəza təəccübləndirib.

Olaylar.az xəbər verir ki, 28 yaşlı Fillip Cohn Krosland, gecə evlərində qalan bacısının 16 yaşlı sinif yoldaşını zorladığı iddiası ilə 5 il azadlıqdan məhrum edilib.

Kroslandın bacısı və onun rəfiqəsi axşam yeməyi yedikdən sonra saat doqquz radələrində yatmaq üçün otaqlarına keçiblər.

Bir neçə dəqiqədən sonra Krosland otağa girib, qıza telefonunu itirdiyini və tapmaq üçün ona kömək etməyini xahiş edib.

Aşırı sərxoş olan Krosland telefonu tapdıqdan sonra qızı öz yatağına çəkərək cinsi əlaqədə olub.

Nə baş verdiyindən dəhşətə gələn qız qaçmağa çalışınca qışqırmaması üçün ölümlə təhdid edilib.

Gözü dönmüş ev sahibi otaqdan qaçıb başqa bir otaqa gizlənən qızı tutaraq ikinci dəfə zorlayıb. Bəxtsiz qız, səhər açılan kimi bacısına və atasına zəng edərək, gəlib onu götürməklərini istəyib. Zorlanan qızın ağlamaqdan gözlərinin şişdiyini görən bacısı, nə baş verdiyini deməsi üçün təzyiq göstərincə iyrənc olay ortaya çıxıb.

Xəstəxanaya gətiriləb 16 yaşlı qızın bakirəliyinin pozulduğu məlum olub. 2 uşaq atası Krosland qızın polisə verdiyi ifadədən sonra həbs edilib. 

Məhkəmə onun 5 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31