Tehran kosmodromda partlayış faktını təsdiqlədi

Tehran kosmodromda partlayış faktını təsdiqlədi

Rəsmi Tehran Semnan əyalətində yerləşən kosmodromda partlayış baş verməsi ilə bağlı faktı təsdiqləyib.

Olaylar.az  xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii danışıb.

Rəbiinin sözlərinə görə, partlayış texniki səbəblərdən baş verib, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.

Xatırladaq ki, "Asoşeyted Press" nəşri İranın 29 avqust tarixində İmam Xomeyni adına kosmodromdan uğursuz raket sınağı həyata keçirdiyini yazmışdı. Raket-daşıyıcının Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında partladığı bildirilmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31