"Dorian Qasırğası" Baham adalarına çatıb, ABŞ-a doğru hərəkət edir
"Dorian Qasırğası" Baham adalarına çatıb, ABŞ-a doğru hərəkət edir
2 Sentyabr 2019 17:58 DünyaOlaylar.az xəbərə görə, ABŞ-a doğru hərəkət edən "Dorian Qasırğası" ən yüksək səviyyə olan 5-ci kateqoriyaya keçdikdən sonra Baham adalarına çatıb. "Dorian"ın iki gün ərzində şiddətli yağış, yüksək dalğalar və dağıdıcı küləklə Baham adalarını təsiri altına aldıqdan sonra ABŞ-a keçməsi gözlənilir.
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) "Dorian"ın davamlı külək sürətinin saatda maksimum 295 kilometr olaraq ölçüldüyünü açıqlayıb.
Baham Adaları dövlətinin Baş naziri Hubert Minnis Abako adaları və Böyük Baham adasında yaşayan xalqa əsas adaya keçmələri çağrışı edib. Baş nazir "Sizə xatırlatmaq istərdim ki, evlər, tikililər geridə qoyula bilər, amma həyatlar geri gətirilə bilməz", - deyib. Minnis 73 min insanın və 21 min evin fırtınadan təsirlənmə riski ilə qarşı-qarşıya olduğunu deyib.
"Dorian" Baham adalarından sonra şimal-qərbə, ABŞ-ın Florida ştatına doğru hərəkət edəcək. Qasırğanın Floridaya çatması gözlənməsə də NHC torpaq sürüşmələrinə qarşı xalqa xəbərdarlıq edib. ABŞ-da Corciya və Cənubi Karolina ştatında həyəcan vəziyyətinə keçilib. Mayamidə yerləşən NHC də ştatın şərq tərəflərində yaşayanları həyəcan vəziyyətində olmağa çağırıb.
EASTNEWS.ORG