Əkrəm İmamoğludan Ərdoğana sərt cavab gəldi - "İşdən çıxarılanları alsın bir quruma..."

Əkrəm İmamoğludan Ərdoğana sərt cavab gəldi - "İşdən çıxarılanları alsın bir quruma..."

İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu Rəcəb Tayyip Ərdoğanın açıqlamasına cavab verib.

Olaylar.az  xəbər verir ki, İmamoğlu verdiyi açıqlamasında deyib:

"Mən təbii ki, Ərdoğanın nəyi nəzərdə tutduğunu anlaya bilmərəm, nə edəcək bilmirəm. İşə alacaqsa buyursun alsın, sevinərəm. İşdən çıxarılanları alsın bir quruma, mən də sevinim. Ölkə işsizlikdə ən pis günlərini yaşayır. Kaş ki, 200 deyil, 2000 nəfəri işə alsa".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada bildirmişdi:

"Son seçim kampaniyasında CHP bələdiyyə sədri namizədləri hər məsələdə atıb tutdular. Nəqliyyatda, internetdə hər şeyi havayı etməkdən, işçi çıxarmayacaqlarına qədər söz verdilər. Amma indi çıxarırlar. Bu hadisələr qarşısında bizim də edəcəklərimiz var".

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31