"Bacımı hər kəsin gözü önündə öldürdü, heç kim reaksiya vermədi" - Əminənin qardaşı

"Bacımı hər kəsin gözü önündə öldürdü, heç kim reaksiya vermədi" - Əminənin qardaşı

Türkiyənin Kırıkkale şəhərində keçmiş əri tərəfindən öldürülən 38 yaşlı Emine Bulutun qardaşı Kazım Bulut açıqlama verib.

Olaylar.az  azxeber.com-a istinadən xəbər verir ki, o açıqlamasında qatilin ən ağır şəkildə cəzalandırılmasını istədiklərini deyib:

"Bacımın keçmiş əri, bu cinayəti 4-5 ay öncədən planlaşdırıb. O uzun müddətdir uzərində bıçaq gəzdirərək bizi öldürəcəyini deyirmiş.Bacımı öldürdükdən sonra atama zəng vuraraq səni də öldürəcəm, gözlə gəlirəm deyib".

Mərhumun qardaşı həmçinin bildirib ki, baş vermiş cinayətdən öncə keçmiş ər və arvadın arasında mübahisə yaşanıb: "İlk olaraq bacımla avtobus sürücülərinin yanında mübahisə ediblər. Daha sonra daha sakit yerdə danışmaq bəhanəsi ilə bacımı kənara aparıb və qətlə yetirib"

Kazım Bulut onu da deyib ki, hadisə zamanı heç kim bacısına kömək etməyib: "Ətrafda olan heç kim bacıma kömək etməyib".

10 yaşlı qızının qarşısında keçmiş həyat yoldaşının boğazını kəsdi - VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31