10 yaşlı qızının qarşısında keçmiş həyat yoldaşının boğazını kəsdi - VİDEO

10 yaşlı qızının qarşısında keçmiş həyat yoldaşının boğazını kəsdi - VİDEO

Türkiyənin Kırıkkale şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, Fedai Baran adlı şəxs kafedə 4 il öncə ayrıldığı həyat yoldaşı Emine Bulutun boğazını 10 yaşlı qızının gözləri önündə kəsib.

Cinayətlə bağlı istintaq başladılıb. F.Baran polislər tərəfindən saxlanılıb. O, məhkəmədə verdiyi ifadədə "Uşağımın qəyyumluğu barədə danışanda məni təhqir etdi. Mən də əsəbləşib, onu boğazından bir neçə dəfə bıçaqladım" deyib.

Sözügedən cinayət hadisəsi Türkiyənin gündəminə çevrilib. Məşhurlar sosial şəbəkədə cinayət barədə sərt reaksiya veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31