İmamoğlu dəhşətli cinayətə səssiz qalmadı: "Zorakılıqla mübarizədə qadın və uşaqların yanındayıq"

İmamoğlu dəhşətli cinayətə səssiz qalmadı: "Zorakılıqla mübarizədə qadın və uşaqların yanındayıq"

İstanbul Böyükşəhər Bələdiyyə Sədri Əkrəm İmamoğlu Kırıkkaledə boşandığı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanaraq öldürülən Emine Bulut haqda paylaşım edib. 

Olaylar.az bildirir ki, o, zorkalıqla mübarizədə qadın və uşaqların yanında olduğunu bildirib.

""Ölmək istəmirəm"... Bu günə qədər cinayətə qurban gedən bütün qadınların fəryadı idi. "Ana yalvarıram, ölmə"... Yetim qalan bütün övladların göz yaşları idi. Emine Bulutu kişi zorakılığına görə itirdik. Zorakılıqla mübarizədə qadın və uşaqların yanındayıq, olmağa da davam edəcəyik", - deyə İmamoğlu qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyənin Kırıkkale şəhərində kişi 4 il öncə boşandığı həyat yoldaşının boğazını 10 yaşlı qızının gözləri önündə kəsərək, öldürüb.

10 yaşlı qızının qarşısında keçmiş həyat yoldaşının boğazını kəsdi - VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31