Sarayda qalmaqal: keçmiş məhkum şahzadə Uilyamın uşaqlarının yanında - FOTO
Sarayda qalmaqal: keçmiş məhkum şahzadə Uilyamın uşaqlarının yanında - FOTO
30 İyul 2019 17:23 Dünyaİnsanlara ağır işgəncə verilməsinə görə yeddi ilini həbsxanada keçirmiş Darren Benjamin azadlığa buraxıldıqdan sonra Kensinqton Sarayına gəlib.
"The Sun" nəşrinin yaydığı məlumatda bildirilir ki, keçmiş cinayətkar D.Benjamin sərbəst buraxıldıqdan sonra mebel daşıyıcısı kimi özəl bir şirkətdə işə düzəlib.
O, 14 iyulda saraya gələrək Şahzadə Uilyam və Keyt Middletonun bağçada oynayan övladları Corc, Lui və Şarlotta ilə görüşüb. Bu zaman onlara dayə nəzarət edib.
40 yaşlı Darren dostları ilə birlikdə olarkən Şahzadə Uilyamın böyük oğluna yaxınlaşdığına görə onlar arasında öyünüb və onu "şərəfli kiçik" olaraq xarakterizə edib.
Bukinqem Sarayının nümayəndələri bildirir ki, bu qalmaqallı olay Keyt və Uilyamı çox həyəcanlandırıb. Cütlük təhlükəsizlik işçilərinin Britaniya taxtının varislərinin necə bir nüfuza sahib olduqlarını ciddiyə almadığını və vəzifə borclarına laqeyd yanaşdığını bildirərək, onların ciddi şəkildə yoxlanılmasını tələb ediblər.
Mühafizəçilər 2008-ci ildə günahsız bir adamın əl-qolunu bağlayıb, kürəyinə qaynar su tökərək işgəncə verən dörd cinayətkardan biri olan Benjamen olduğu faktını nəzərə almayıblar.
Qeyd edək ki, bu xoşagəlməz hadisə Kraliça II Elizabetin də başına gəlib. Belə ki, iki həftə əvvəl 22 yaşlı oğlan Bukinqem Sarayına sərbəst şəkildə daxil olub. Həmin şəxs səhər saatlarında hasarın üstünə çıxaraq sarayın həyətinə keçib. Lakin mühafizəçilərin cəldliyi sayəsində vaxtında tutulub.
oxu.az