Rusiyanın 4 regionunda fövqəladə vəziyyət elan edildi
Rusiyanın 4 regionunda fövqəladə vəziyyət elan edildi
30 İyul 2019 16:35 DünyaRusiyanın dörd regionunda yanğınlar səbəbi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Meşə Təsərrüfatı Agentliyinin rəsmi saytında informasiya yayıb.
Baş nazir Dmitri Medvedyevlə müşavirə zamanı çıxış edən Təbii Sərvətlər naziri Dmitri Kobılkinin sözlərinə görə, meşə yanğınları ilə əlaqədar ən çətin şərait İrkutsk, Krasnoyarsk, Saxa Respublikası və Buryatiya ərazilərində qeydə alınıb. Şəxsi heyətin 95 faizi əraziyə cəlb olunub.
Dmitri Medvedyev isə öz növbəsində məsələni qubernatorların nəzarətdə saxlamalı olduğunu bildirib və Təbii Sərvətlər naziri Kobılkinə vəziyyəti qiymətləndirmək üçün bölgəyə yollanmasını tapşırıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31