Dünya bu müxbirin fədakarlığından danışır - Kəndlilərə görə suyun içindən standap etdi - VİDEO - FOTO

Dünya bu müxbirin fədakarlığından danışır - Kəndlilərə görə suyun içindən standap etdi - VİDEO - FOTO

Pakistanlı müxbirin standapı dünya mediasının diqqətini çəkib.

Pakistanlı müxbir Azadar Hussain (Əzadar Hüseyn) daşqınlardan reportaj hazırlamaq üçün suyun içərisindən standap edib.

Ölkədəki sel fəlakətinə diqqət çəkmək üçün bu yola əl atan Azadar qısa zamanda sosial şəbəkələrdə qəhrəmana çevrilib.

Videoda Azadarın, sadəcə, başı və əlindəki mikrofon görünüb. Onun bədəninin qalan hissəsi palçıqlı suyun içərisində qalıb.

"Cakkar İmam şah vilayətinin Kot Çatta qəsəbəsindən keçən Indus çayının səviyyəsi qalxıb. Əkin sahələrini sel aparıb. Suyun səviyyəsi artıqca yaxınlıqda yaşayan yerli sakinlərin həyatı riskə düşür. Sakinlərin dediyinə gör,ə səlahiyyətli şəxslər məsələyə etinasızlıqla yanaşırlar", - Azadar canlı yayımda söyləyib.

"GTV News" kanalında işləyən müxbirin fədakarlığı maraq doğurub. O, sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Qeyd edək ki, ötən ay Pakistanda baş verən təbii fəlakətlər nəticəsində 71 nəfər dünyasını dəyişib.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31