İsrail İran bazasına zərbə endirdi - KİV

İsrail İran bazasına zərbə endirdi - KİV

İsrail aviasiyası Bağdad yaxınlığında içərisində İrana məxsus raketlərin olduğu "Əşrəf" hərbi bazasını vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Şarkul Əvsət" qəzeti məlumat yayıb.

Bombardman zamanı İranın iki hərbi mütəxəssisi həlak olub.

İran tərəfi isə məlumatı təkzib edib. "Həşdi-Şabi" komandirlərindən olan Talib əl-Musəvi "Fars"agentliyinə açıqlamasında həmin bazadakı sursatların bəzilərini özlərinin partlatdıqlarını deyib.

Onun sözlərinə görə, baza ətrafında müşahidə olunacaq istənilən naməlum aviasiya vasitəsi vurulacaq.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31