“Ebola” haqqında ilk dəfə məlumat vermiş kəşfiyyatçı öldü

“Ebola” haqqında ilk dəfə məlumat vermiş kəşfiyyatçı öldü

"Ebola" virusu haqqında ilk dəfə məlumat əldə etmiş sovet və Ukrayna kəşfiyyatının veteranı Anatoli Baronin iyulun 29-da 86 yaşında vəfat edib.

RBK xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, məhz A.Baronin 1970-ci illərdə Nigeriyada işləyəndə yeni təhlükəli xəstəlik - "Ebola" qızdırması barədə ilk dəfə məlumat əldə etməyə nail olub.

Bu qızdırmaya yoluxmuş qanın olduğu sınaq şüşələri "Aeroflot"un xüsusi reysi ilə təcili SSRİ-yə göndərilib. Almaniyanın "Ştern" jurnalı 1970-cı illərdə onu "casusluğun görkəmli ustadı" adlandırıb.

1932-ci ildə Moskvada anadan olmuş A.Baronin xaricdə üç dəfə sovet xarici kəşfiyyatının rezidenti işləyib. 1986-cı ildə Moskvada mərkəzi kəşfiyyat aparatında çalışıb. Xidmət göstərdiyi son beş ildə Ukrayna kəşfiyyatının sədr müavininin birinci müavini olub. 1991-ci ildə ehtiyata çıxıb.

Xatırladaq ki, "Ebola" virusu 1976-cı ildə Zair çayının deltasında aşkarlanıb. 2014-2016-cı illərdə irimiqyaslı epidemiya baş verəndə 28,6 min nəfər "Ebola"ya yoluxub, onlardan 11,3 mini ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31