Tanınmış aktyor saxlanıldı - İntim səhnələrində həqiqətən zorlayıbmış - FOTO

Tanınmış aktyor saxlanıldı -İntim səhnələrində həqiqətən zorlayıbmış - FOTO

Fantastik janrda çəkilən "Star Trek" serialının aktyoru tələbələrinə təcavüz etməkdə günahlandırılır.

Olaylar.az  xəbər verir ki, İngiltərənin paytaxtı Londonda, Notinq Hildə yaşayan aktyor Chris Obi (Kris Obi) 6 tələbəsinə təcavüz etməkdə təqsirli bilinib.

İddialara görə, aktyor seks səhnəsi çəkilişlərinin məşqləri zamanı tələbələrinə qarşı seksual xarakterli hərəkətlər edib.

"Netflix"in "Star Trek:Discovery" serialında Klinqon obrazını canlandıran aktyor tələbələrinə evində özəl dərs keçərkən fürsətdən istifadə edərək onları zorlayıb.

Aktyor 2012-ci ildən 2018-ci ilə qədər evinə gələn qadın tələbələri ilə intim yaxınlıq edib.

The Sun-ın məlumatına görə, aktyor 6 qadının şikayətinə əsasən, Los Ancelesdən İngiltərəyə qayıdarkən "Heathrow" hava limanında saxlanılıb. O, ifadəsi zamanı iddiaları təkzib edib. Aktyor müəyyən məbləğdə pul ödədikdən sonra sərbəst buraxılıb.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31