Fanatı olduğu müğənninin avtomobilinin şüşələrini sındırdı

Fanatı olduğu müğənninin avtomobilinin şüşələrini sındırdı

Rusiya müğənnisi Zemfiranın fanatı ifaçının diqqətini cəlb etmək üçün onun avtomobilinə zərər yetirib. Bu bardə "REN TV" televiziyası xəbər verib.

Belə ki, fəhlə işləyən kişi artistin Moskvada evinin yaxınlığında park etdiyi "Mercedes-Benz C200" markalı avtomobilinin iki şüşəsini sındırıb. O, dindirilmə zamanı etiraf edib ki, onu bu hərəkətə rok ifaçısına olan sevgisi sövq edib.

Mənbənin məlumatına görə, ifaçıya dəyən ziyanın məbləği 25 min rubl təşkil edir. Əgər şüşələr xaricdən sifariş olunarsa, bu məbləğ arta bilər.

Şübhəli ölkədən kənara çıxmamaq şərti ilə sərbəst buraxılıb. Cinayət işinin açılacağı təqdirdə isə onu 40 min rubladək cərimədən 2 ilə yaxın azadlıqdan məhrumetmə cəzası gözləyir.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31