Türkiyə Krım danışıqlarına cəlb edilir

Türkiyə Krım danışıqlarına cəlb edilir

Ukrayna prezidenti Vladimir Zelenskinin Kırm üzrə daimi nümayəndəsi Anton Korineviç yarımadanın gələcək taleyinin həllindən danışıb.

Bildirib ki, yarımada yenidən Ukraynaya qaytarıla bilər.

Bunun üçün rəsmi Kiyev Krım məsələsinin yeni beynəlxalq müstəvidə müzakirəsinə tərəfdardır. Danışıqlarda isə Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edən ABŞ və Britaniya iştirak edə bilər.

Daimi nümayəndə bildirib ki, danışıqlara Almaniya və Fransanın da qatılması mümkündür. Zelenskinin təmsilçisi Krımla bağlı müzakirələrdə Türkiyənin də iştirakını mümkün hesab edib.

cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31