Həbsxanada 52 məhbus öldü, 16-nın başı kəsildi - ŞOK
30 İyul 2019 06:33 DünyaBraziliyanın şimalında yerləşən Papa ştatında həbsxanada qiyamın gedişatında 52 məhbus həlak olub.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda statın penitensiar xidmətinə istinadən "Globo" portalı bildirib.
Bildirilir ki, qiyama səbəb iki kriminal qruplaşma arasındakı hesablaşma olub. Məlumatına görə, ölənlərdən 16-nın başı kəsilib.
Qiyam səhər saat 7-də başlanıb və günortaya qədər davam edib. Qiyam edən məhbuslar iki nəzarətçini girov götürüb. Nəzarətçilər sonradan azad edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31