Gürcülər peşman oldular – Vaşadze etiraf etdi

Gürcülər peşman oldular – Vaşadze etiraf etdi

"Gürcüstanda hər kəs Rusiya ilə münasibətlərin qaydasına salınmasını istəyir. Bu məsələni həll etmək üçün mitinq keçirməyə, alovlu çıxışlar etməyə ehtiyac yoxdur".

Olaylar.az xəbər verir ki, bunu Tiflisdə Rusiya əleyhinə keçirilən mitinqlərə münasibət bildirən gürcü politoloq Gela Vaşadze deyib.

Vaşadze son olaylardan sonra Gürcüstanda Rusiyaya münasibətin dəyişdiyini iddia edib: "İndi küçəyə çıxıb qabağıma çıxan beş nəfərdən soruşsam ki, Rusiya ilə münasibətlərin yaxşı olmasını istəyirsinizmi? Beşi də "Bəli" deyəcək. Amma insanlar Abxaziya və Cənubi Osetiyanın Rusiyaya güzəştə getməsinin tərəfdarı deyil".

İyulun 28-də paytaxt Tiflisdə yenidən Rusiya əleyhinə mitinq keçirib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31