16 yaşında 3 milyon dollar mükafatın sahibi oldu

16 yaşında 3 milyon dollar mükafatın sahibi oldu

Sözlər mənim xoşbəxtliyimi ifadə edə bilməz

16 yaşlı ABŞ vətəndaşı "Fortnite" Dünya Kubokunun finalında 3 milyon dollar mükafatın sahibi olub.

Olaylar.az xəbər verir ki, "Buğa" ləqəbi ilə yarışan Kyle Giersdorf həftə sonu Nyu-Yorkda keçirilən "Fortnite" turnirində qalib gəlib.

O, 100 oyunçunun iştirak etdiyi finalda 59 xal qazanaraq 3 milyon dollar mükafatın sahibi olub.

"Mən çox xoşbəxtəm. Sözlər mənim xoşbəxtliyimi ifadə edə bilməz", - deyə Kyle bildirib.

K. Giersdorf bu qələbəsi ilə dünyanın ən yaxşı "Fortnite" oyunçusu seçilib.

AzNews.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31