Bu ölkədə hava limanına hücum oldu

Bu ölkədə hava limanına hücum oldu

Səudiyyə Ərəbistanı və ya koalisiya qüvvələr hələlik bununla bağlı açıqlama verməyib

Husilər Səudiyyə Ərəbistanın cənubunda yerləşən Abha hava limanına Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum edib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı İran tərəfindən dəstəklənən Husilərin hərbi sözçüsü Yahya Seri verib.

O, Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abha hava limanına geniş miqyaslı hava hücumu etdiklərini açıqlayıb.

Y.Seri hücum zamanı "Qasef-2K" tipli PUA-dan istifadə edildiyini və hava nəqliyyatının kəsildiyini bildirib.

Sözçü hücumun Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın son 12 saatda həyata keçirdiyi 15 hava zərbəsinin qisası olduğunu bildirib.

Səudiyyə Ərəbistanı və ya koalisiya qüvvələr hələlik bununla bağlı açıqlama verməyib. Yəməndəki husilər Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi tərəfindən son zamanlarda zərərsiz hala gətirilən orta və uzun mənzilli ballistik raketlərdən, eləcə də PUA-lardan istifadə edərək ölkənin bəzi hissələrini, əsasən də Cazan və Abha hava limanlarını hədəf alıblar. 2014-cü ilin sentyabr ayından bəri husilər paytaxt Sana və Yəmənin bəzi bölgələrini nəzarət altına alıb. 2015-ci ilin mart ayından bəri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmən hökumətini husilərə qarşı dəstəkləyib.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31