ABŞ Əsədə zərbə hazırlayır – Rus general açıqladı
ABŞ Əsədə zərbə hazırlayır – Rus general açıqladı
29 İyul 2019 16:13 DünyaABŞ ordusu Suriyada müxtəlif diversiya qrupları hazırlayır, onlara təlim keçir.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının Suriyadakı Baş Operativ İdarəsinin general-polkovniki Sergey Rudskoy danışıb.
Onun sözlərinə görə, ABŞ ordusunun hazırladığı döyüşçülərin qarşısında duran əsas tapşırıq Suriyanın neft-qaz infrastrukturunu məhv etmək və hökumət qüvvələrinə qarşı teraktlar təşkil etməkdir.
"Bu cür qruplar Əs-Suveyda, Palmira və Əbu-Kamal rayonlarında yerləşdirilib. Ət-Tanf yaxınlığında 55 kilometrlik bölgədə ABŞ mütəxəssisləri "Maqavir əs-Saura" (İnqilabi komandos ordusu) və "Ərəb qəbilələri ordusu" adı altında digər kiçik qrupları hazırlayır. Onların sayı 2700 nəfərə çatır", - Rudskoy bildirib.
axar