Rusiyada 22 nəfər şaurmadan zəhərləndi

Rusiyada 22 nəfər şaurmadan zəhərləndi

Yakutiyada Çurapa kəndində kafelərin birində kütləvi zəhərlənmə baş verib.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, kafədə şaurma yedikdən sonra 22 nəfər həkimə müraciət edib. Regional səhiyyə idarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Həkimə müraciət edənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir. Onlar hazırda stasionar şəkildə müalicə olunurlar.

Hadisədən sonra kafedə qidalardan laborator analizlər üçün nümunələr götürülüb. Fakt araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31