Kökəlməsin deyə arvadını 12 il ac qoyub - 31 kiloqram qalan qadın

Kökəlməsin deyə arvadını 12 il ac qoyub - 31 kiloqram qalan qadın

Ketrin Hartley adlı qadın əri tərəfindən 12 il ərzində aclığa məhkum olunub.

Olaylar.az  bildirir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

31 yaşlı Ketrinin ailə qurduğu 2006-cı ildən bəri aclığa məruz qaldığı aşkarlanıb.

Bəlli olub ki, Ketrin 25 yaşlı Məttyu Hartli ilə tanış olanda cəmi 15 yaşında olub. Təhdidlərlə istədiyini əldə edən Mətyu Ketrinlə evlənib. Mətyu bundan sonra şiddətin dozasını daha da artırıb. Arvadının sıfır bədən olmağını istəyən ər onu aclığa məhkum edib. Ketrin qısa müddətdə o qədər arıqlayıb ki, çəkisi 31 kiloqrama düşüb.

Arıq olmağı səbəbilə yatanda sümüklərinin sızıldadığını deyən Ketrin nəhayət bu il ərindən boşanıb. Polisə ərinin psixoloji problemlərinin olduğunu deyən qadın onun həbs olunmağı üçün məhkəməyə müraciət edib.

yeni sabah

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31