ABŞ-ın Çikaqo şəhəri yaxınlığında sərnişin qatarı ilə yük maşını toqquşub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində qatarın beş vaqonu relsdən çıxıb, yük maşınının sürücüsü həlak olub. Qatarın iki sərnişini yüngül xəsarətlər alıb.
Qatarda 300-ə yaxın sərnişinin olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31