Ərdoğanın əleyhdarı olan general xəstəxanaya aparıldı

Ərdoğanın əleyhdarı olan general xəstəxanaya aparıldı

Türkiyənin sabiq baş qərargah rəisi, general-leytenant Yaşar Böyükanıt təcili xəstəxanaya aparılıb.

Olaylar.az  xəbər verir ki, bağ evində dincələn generalın səhhətində qəfil problem yaranıb.

78 yaşlı generalın həkimləri ona təcili müdaxilə edib və sabiq qərargah rəisi Faiq Kocagöz dövlət xəstəxanasına gətirilib. Daha sonra təcili İzmir hava limanına aparılan Böyükanıt İstanbulun Məslək Acıbadem Xəstəxanasına gətirilib.

Xəstəxananın baş həkimi Çingiz Bavek bildirib ki, generalın beyin damarında tutulma var və bu səbəbdən də reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, Yaşar Böyükanıt qərargah rəisi olduğu dönəmdə Ərdoğan hökumətinə qarşı sərt açıqlamaları ilə diqqəti cəlb etmişdi. Verdiyi açıqlamalardan birində özünün və ətrafının telefon danışıqları dinlənildiyini bildirən general qarşı tərəfi "siçan-pişik" oyunundan əl çəkməyə dəvət etmişdi.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31