FTX-nin casusu Ukraynada tutuldu: MOSSAD-la əlaqə

FTX-nin casusu Ukraynada tutuldu: MOSSAD-la əlaqə

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) casusunu ifşa edib.

Ukrayna əks-kəşfiyyatı rus casusun ləqəbinin "Dementiy" olduğunu bildirib.

Onun Rusiyanın sifarişi əsasında Ukrayna barədə məlumat topladığı və eyni anda FTX-nin tapşırığı ilə İsrailin kəşfiyyat orqanı MOSSAD-a işə düzəlməyə cəhd etdiyi müəyyən olunub.

Casusun Ukraynada çox sadə həyat yaşadığı və Ukrayna milisinin keçmiş əməkdaşı olduğu qeyd edilib. Rəsmi Kiyev onun Rusiya xüsusi xidmət orqanlarının casusu kimi Donbas müharibəsinin əvvəlindən fəaliyyətə başladığını bəyan edib. "Dementiy"in evində aparılan yoxlamalar zamanı Ukrayna ordusunun döyüşçüləri barədə məxfi informasiyaların olduğu çoxlu fayllar aşkar edilib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31