Seçki məntəqəsi partladıldı: Vitse-prezident yaralandı
Seçki məntəqəsi partladıldı: Vitse-prezident yaralandı
29 İyul 2019 12:27 DünyaƏfqanıstanın paytaxtı Kabildə seçki bürosu bomba ilə partladılıb.
Olaylar.az xəbər verir ki, vitse-prezidentliyə namizəd Əmrullah Salehinin seçki məntəqəsinə təşkil edilən hücumda 20 nəfər həlak olub. Onlardan 4-ü cinayətkardır.
Daxili İşlər Nazirliyindən verilən açıqlamada 50 nəfərin yaralandığı qeyd olunub. Onlar arasında Salehi də var. Prezident Əşrəf Qani Salehinin vəziyyətinin yaxşı olduğunu tvitter hesabından açıqlayıb.
Hücumun məsuliyyətini hələ ki heç bir təşkilat öz üzərinə götürməyib.
Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda baş tutacaq. Seçki kampaniyası isə ötən gün rəsmi şəkildə başlayıb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31