Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərini idarə edəcək
Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərini idarə edəcək
29 İyul 2019 11:42 Dünya28 yaşlı Xas-Maqomed Kadırov Arqun şəhərinin meri vəzifəsini icra edən təyin edilib.
Olaylar.az "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə respublika parlamentinin rəhbəri Maqomed Daudov deyib.
X. Kadırov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumudur. Bundan əvvəl o, Çeçenistan başçısının köməkçisi vəzifəsində çalışıb, eyni zamanda Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə narkotiklərə nəzarət şöbəsinə və Qroznı şəhərinin polisinə rəhbərlik edib.
oxu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31