ABŞ-da festivala terror hücumu - Ölən və yaralananlar var
ABŞ-da festivala terror hücumu - Ölən və yaralananlar var
29 İyul 2019 11:07 DünyaKulinariya Festivalına hücum edilib. İlkin məlumatlara görə, 3 nəfər öldürülüb, 12 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında olub.
Qeyd edilir ki, hər il Kaliforniyanın şimalında festival keçirilir.
Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri gətirilib, yaralılar xəstəxanalara aparılıb.
Şahidlər hücum edən şəxsin 30 yaşlarında ağ insan olduğu və avtomatla atəş açdığını deyiblər.
ABŞ Prezidenti Donald Tramp hücumla bağlı açıqlamasında bildirib ki, xüsusi xidmət qurumları hadisə yerindədir. Prezident hər kəsi diqqətli olmağa çağırıb.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31