GÖRÜNMƏMİŞ VƏHŞİLİK: Dəfn mərasimində 65 nəfər öldürüldü
29 İyul 2019 10:06 DünyaNigeriyada "Boko Haram" terror qruplaşmasının yaraqlıları dəfn mərasiminə hücum ediblər.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 65 nəfər qətlə yetirilib, daha 10-u yaralanıb.
Bildirilir ki, terrorçular Borno əyalətindəki mərasim yerinə basqın ediblər. Nigeriyanın şimal-şərqində yerləşən bu əyalət terorçuların əsas istinad nöqtələrindən sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31