"Taxt-tac oyunları"nın yaradıcıları NBO studiyasını tərk edə bilərlər
Populyar "Taxt-tac oyunları" serialının yaradıcıları Devid Benioff və Deniel Brett Uays NBO studiyasını tərk edə bilərlər. Bu barədə məlumatı "The Hollywood Reporter" nəşri yayıb. Məlumatda deyilir ki, populyar televiziya şousunun müəllifləri rekord 200 milyon dollar məbləğdə müqavilə imzaladıqları üçün NBO-dan getmək barədə qərar qəbul ediblər.
28 İyul 2019 19:22 DünyaPopulyar "Taxt-tac oyunları" serialının yaradıcıları Devid Benioff və Deniel Brett Uays NBO studiyasını tərk edə bilərlər. Bu barədə məlumatı "The Hollywood Reporter" nəşri yayıb.
Məlumatda deyilir ki, populyar televiziya şousunun müəllifləri rekord 200 milyon dollar məbləğdə müqavilə imzaladıqları üçün NBO-dan getmək barədə qərar qəbul ediblər.
Məlumata görə, "Amazon", "Netflix" və "Disney" kimi iri studiyalar Benioff və Uaysı cəlb etmək uğrunda mübarizə aparırlar. Serialın müəllifləri "Amazon" studiyasından təklif alıblar. "Amazon" onlara "Üzüklər hökmdarı" serialı üzərində işləməyi təklif edib.
Bundan əlavə, "Disney" onlara FX kanalının prodüserlərinə rəhbərliyi təklif etmək istəyir.