Liviyada Əl-Cufrada yerləşən hava bazasına hücum edilib
Liviya Milli Həmrəylik Hökumətinin qoşunları Əl-Cufra bələdiyyəsindəki hava bazasına hücum edib. Həmin baza Liviya Milli Ordu qüvvələrinin nəzarəti altındadır.
28 İyul 2019 15:23 DünyaLiviya Milli Həmrəylik Hökumətinin qoşunları Əl-Cufra bələdiyyəsindəki hava bazasına hücum edib.
Həmin baza Liviya Milli Ordu qüvvələrinin nəzarəti altındadır.
Bildirilir ki, hücum nəticəsində pilotsuz aparatlar üçün anbar və döyüş sursatı anbarı məhv edilib.
Həmçinin hərbi-nəqliyyat təyyarəsi "İl-76" zədələnib.
Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib. Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31