Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar
Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar. Bu barədə "Əl-Masira" telekanalı bildirib.
28 İyul 2019 14:43 DünyaYəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar.
Bu barədə "Əl-Masira" telekanalı bildirib.
May ayında Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki hava limanı Yəmənlə müharibə səbəbindən bağlandıqdan dörd il sonra açılıb.
Hussit nümayəndəsinin sözlərinə görə, iki dronların hava limanına endirilən zərbələr nəticəsində idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatları üçün anqarlar və digər hərbi obyektlər hədəflənib.
Səudiyyə hakimiyyəti bu məlumatları hələ şərh etməyib. Trend