Qarın ağrısıyla həkimə getdi, mədəsindən qır-qızıl çıxdı - Fotolar

Hindistanda qarın və mədə ağrısı şikayətiylə həkimə gedən qadının 1 kiloqram 680 qram aksesuar, 60 ədəd qəpik və bir ədəd qol saatı udduğu məlum olub.

 

Hindistanda qarın və mədə ağrısı şikayətiylə həkimə gedən qadının 1 kiloqram 680 qram aksesuar, 60 ədəd qəpik və bir ədəd qol saatı udduğu məlum olub.

Benqal əyalətində yerləşən xəstəxanaya ağrılarla müraciət edən Runi Xatun əməliyyat olunub.
1 saat 15 dəqiqə çəkən əməliyyat zamanı qadının mədəsindən çıxanlar həkimləri şoka salıb. Metal və qızıl əşyalarını görən həkimlər psixoloqa müraciət ediblər. Məlum olub ki, runi Xatunun psixi problemləri var və o, həmin əşyaları bilərəkdən udub.

Hazırda qadının psixoloji müalicəsi davam etdirilir. 




Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31