Türkiyədə ada satışa çıxarıldı - 17 MİLYONA
Türkiyədə ada satışa çıxarılıb.
28 İyul 2019 16:47 DünyaTürkiyədə ada satışa çıxarılıb.
Bursanın Karacabey qəsəbəsi yaxınlığındakı Uluabat gölündə yerləşən ada sahibi Nedim Bulut tərəfindən 17 milyon lirəyə satışa çıxarılıb. Mülk sahibi bildirib ki, son olaraq adanı 13 milyon lirəyə alma istəyən olsa da, bu təkliflə razılaşmayıblar. 4500 kvadrat metr sahəsi olan ada N.Buluta babasından qalıb və burada qanunlara görə bina tikmək qadağandır. Lakin adada ferma tipində təsərrüfat obyektləri tikmək olar.
Mülk sahibi adanın torpağının çox məhsuldar olduğunu bildirib və buranı daim zeytun bağı kimi istifadə etdiklərini əlavə edib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31