Şuşada yol qəzası: 5 erməni öldü
Şuşada yol qəzası: 5 erməni öldü
26 İyul 2019 18:18 DünyaErmənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb.
Olaylar.az xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat xidməti yayıb.
Hadisə iyulun 26-da Şuşa şəhər Su-Elektrik Stansiyasının yaxınlığında qeydə alınıb. "QAZ-31105" markalı avtomobil yoldan çıxaraq, dərəyə aşıb.
Ölənlərin hamısı Ermənistanın Sünik vilayətinin Tex kəndindən olan bir ailənin üzvləridir. Onlar Dağlıq Qarabağa yasa gedirmiş.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31