Yeməyini də oğluna görə seçir

Yeməyini də oğluna görə seçir

Həyat yoldaşı Burak Özçivitlə oğlu Karanı apreldə qucağına alan aktrisa Fahriyə Evcen hər addımını oğlu üçün atır.

Olaylar.az xəbər verir ki, bir müddətlik işinə fasilə verən aktrisa sağlamlıqla bağlı məlumatlar almağa davam edir.

Evcen orqanik qidalar yeməyə başlayıb. Arıqlamaq üçün pilatesə başlayan aktrisa bir çox həkimlərdən məsləhətlər alır. Hər gün qida məsləhətçiləri, uşaq həkimləri və psixoloqlarla danışan Fahriye kosmetik vasitələrini də orqanik edib.

Evcen sosial şəbəkədə də həkimləri, uşaq məsləhətçilərini izləməyə başlayıb.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31