Rus tankeri həbs edilən zaman... – Mexanik danışdı

Rus tankeri həbs edilən zaman... – Mexanik danışdı

İzmail limanında saxlanılan rus tankerinin baş mexaniki Sergey Karpov Moskvaya çatdıqdan sonra Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gəminin göyərtəsində axtarış apararkən şəxsi heyətlə rəftarı barədə danışıb.

Olaylar.az  xəbər verir ki, bu barədə RİA yazıb.

Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları təmkinli davranıb, heç kəsi incitməyib və güc tətbiq etməyiblər. Bundan əlavə axtarış zamanı onlar rus dilində danışıblar.

TX əməkdaşları rus dənizçilərə standart suallar ünvanlayıb: haradan gəlmisiniz, harda olmuşunuz, bura necə gəlmisiniz və s.

Mexanik həmçinin əvvəlcə məsələni zarafat kimi qiymətləndirdiklərini bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31