Ermənistandan Kəlbəcərə məsafəni qısaldacaq daha bir yolun çəkilişinə başlandı...
Ermənistandan Kəlbəcərə məsafəni qısaldacaq daha bir yolun çəkilişinə başlandı...
26 İyul 2019 14:36 DünyaAğdərə-Basarkeçər yolundan əlavə, işğal altındakı Kəlbəcər rayon mərkəzindən işğalçı ölkəyə məsafəni qısaldacaq daha bir yolun çəkilişinə başlanıb.
Olaylar.az xəbər verir ki, Xankəndidəki nəşrlərin yazdığına görə, Ermənistanın Gegarkunik mərzinin Norabak və Şatvan kəndinə qədər çəkiləcək yolun uzunluğu 25, 5 km olacaq.
Xatırladaq ki, erməni saytlarının yaydığı məlumata görə, bu günlərdə işğal altındakı Azərbaycan torpaqlarında yol təmiri və tikintisi işləri sürətlənib. Xəbər verdiyimiz kimi, Ağdərə-Basarkeçər magistralını Madagiz-Talış yolu ilə birləşdirən yolun asfaltlaşdırılması aparılır. İşğalçı ölkə isə Qafandan Hadruda qədər uzanacaq uzunluğu 150 km olan yolun inşası ilə bağlı rəsmi qərar verib. Bunu söyləyən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, yolun tikintisinin 2020-ci ilin sonuna qədər başa çatdırılacağı gözlənilir.
moderator