Fələstin İsraillə bütün razılaşmaları ləğv etdi
Fələstin İsraillə bütün razılaşmaları ləğv etdi
26 İyul 2019 14:23 DünyaFələstin İsrail ilə imzalanan bütün müqavilələrin dayandırılmasına qərar verib.
Olaylar.az bildirir ki, Fələstin rəhbəri Mahmud Abbasın sözlərinə görə, ölkə "İsrailin diktələrinə tabe olmaqdan" imtina edir.
Xatırladaq ki, 1948-ci ildə müstəqillik qazandıqdan sonra İsrail Qüdsün qərb hissəsini nəzarət altına aldı, Məbəd Dağının yerləşdiyi şərq hissə isə Fələstinin nəzarətinə keçdi. 1967-ci ildə müharibədən sonra İsrail İordan çayının qərb sahilini Şərqi Qüdslə birləşdirdi və Qüdsü vahid paytaxt elan etdi. Ərazinin mübahisəli olması ilə əlaqədar xarici səfirliklər Təl-Əvivdə yerləşdirildi.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31