Ukraynada parlament seçkilərinin nəticələri açıqlandı
Ukraynada parlament seçkilərinin nəticələri açıqlandı
26 İyul 2019 14:00 DünyaUkrayna Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində istifadə olunan səsvermə bülletenlərinin hər birinin sayıldığını açıqlayıb. Olaylar.az xəbər verir ki, yekun nəticələrdə prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43,16 faiz səs toplayıb. İkinci cərgədə 13,05 faiz səslə Yuri Boykonun Həyat Uğrunda Müxalif Platforması qərarlaşıb. Üçüncü pillədə isə 8,18 faizlə Yuliya Timoşenkonun Batkivşinası yer alıb. Eks-prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası 8,10 faiz, Səs Partiyası isə 5,82 faizlə ilk beşliyə düşüb. Qeyd edək ki, Ukrayna parlamentinə növbədənkənar seçkilər iyulun 21-də keçirilib. Seçkilərdə 21 partiya və siyasi təşkilat iştirak edib. Seçki proporsional və majoritar sistemlər üzrə keçirilib. Ukrayna parlamenti 450 deputatdan formalaşır.
Azadinform