Çilidə polis bölməsində bomba partladı

Çilidə polis bölməsində bomba partladı

Çilinin paytaxtı Santyaqonun Euçurab bələdiyyəsinin polis bölməsində poçtla göndərilən bombanın partlaması nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə "Mercurio" qəzeti bildirib.

Məlumata əsasən, daha bir ədəd partalyıcı qurğu ölkənin sabiq Daxili İşlər nazirinə Rodriqo İnspeteruya göndərilib.

Bildirilir ki, xəsarət alanların hamısı polis əməkdaşlarıdırlar, yalnız bölməyə göndərilmiş bomba partlayıb.

Ölkənin prezidenti Sebastyan Pinyera baş verənləri terror aktı adlandırıb və bu cinayətin törədilməsində təqsirli olanlar qanuna uyğun şəkildə cəzalandırılacaqlarına söz verib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31