Ərdoğandan Binəli Yıldırıma yüksək vəzifə - Dövlətin iki nömrəli adamı

Ərdoğandan Binəli Yıldırıma yüksək vəzifə - Dövlətin iki nömrəli adamı

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım və keçmiş parlament sədri Bülənt Arınçın yeni vəzifəyə təyin olunacağı barədə məlumat yayılıb.

Olaylar.az  xəbər verir ki, İstanbulda keçirilən bələdiyyə seçkisində CHP-nin namizədi Əkrəm İmamoğluna məğlub olan Yıldırım üçün yeni postun da müəyyən edildiyi bildirilib.

Məlumata görə, sabiq baş nazir hakimiyyətin iki nömrəli kürsüsünə əyləşəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın Binəli Yıldırımın baş köməkçisi vəzifəsinə hazırlaşdırılması barədə təlimat verdiyi önə sürülüb.

Prezidentin digər köməkçisi vəzifəsinə təyin ediləcək digər şəxs isə Bülənt Arınçdır.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31