Türkiyədə naməlum şəxslər insanlara atəş açıb

Türkiyədə naməlum şəxslər insanlara atəş açıb

Adanada qəhvəxanada oturanlara naməlum şəxs və ya şəxslər avtomobildən atəş açıblar.

Olaylar.az  xəbər verir ki, Yüreğir bölgəsi Qışla məhəlləsində sabah saatlarında qəhvəxanada oturanların üzərinə ağ rəngli avtomobildən atəş açılıb.

Biri ağır olmaqla, ümumilikdə 3 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım qüvvələri cəlb olunub.

Yaralılar dərhal xəstəxanalara yerləşdirilib.

Polis şübhəliləri yaxalamaq üçün əməliyyata başlayıb.

cebhe

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31